Nə üçün bütün dünyada insanlar mühüm qərarları təkbaşına qəbul edir?

Kanadanın Vaterloo Universitetinin  alimləri meqapolislərin sakinlərindən tutmuş Amazon cəngəlliyindəki kiçik yerli icmalara qədər 3500-dən çox insanı əhatə edən genişmiqyaslı tədqiqat aparıblar. Məqsəd müxtəlif mədəniyyətlərdən olan insanların necə qərar qəbul etdiyini öyrənmək idi. Bu, mədəniyyətlərarası kontekstdə qərar qəbul etmə üslublarında üstünlüklərə dair bu günə qədər aparılan ən böyük araşdırmadır.

AzPost bildirir ki, tədqiqatın nəticələri Pittsburq Universitetindən Eduard Maşerinin rəhbərlik etdiyi “Geography of Philosophy”  layihəsinin bir hissəsi olaraq “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.

Alimlərin müəyyən etdiyi kimi, hətta qarşılıqlı asılılığın yüksək səviyyədə olduğu cəmiyyətlərdə də insanların çoxu başqalarının məsləhətindən asılı olmayaraq öz fikrinə arxalanmağa üstünlük verir.

Müəlliflərin fikrincə, bu anlayış mədəniyyətlərarası anlaşılmazlıqları izah etməyə kömək edir və hamımızın eyni daxili şübhələrlə üzləşdiyimizi göstərir.

Vaterloo Universitetinin psixologiya professoru və tədqiqatın ilk müəllifi İqor Qrossman deyib: “Çoxumuzun instinktiv olaraq təkbaşına hərəkət etdiyini dərk etmək bizə bunu anlamağa kömək edir: Sağlamlıq və ya maliyyə ilə bağlı məsləhətlərə niyə məhəl qoymuruq? Hətta bu məsləhətlərin ağıllı olması subut olunsa belə. Bu biliklər komanda işini daha yaxşı qurmağa kömək edəcək: insanlara rədd edə biləcəkləri məsləhətləri eşitməzdən əvvəl fərdi düşünmək üçün vaxt vermək…”

Tədqiqat qərblilərin müstəqil hərəkət etdiyi, qalanların isə başqalarına güvəndiyi stereotipini rədd edib. Sorğuda iştirak edən hər bir ölkədə intuisiya və özünü əks etdirmə dostların məsləhətindən daha vacib hesab edilib. Yeganə fərq bu meylin ifadə olunma dərəcəsində idi: Müstəqil cəmiyyətlərdə “daxili səs” daha yüksək eşidilir, bir-birindən asılı olan mədəniyyətlərdə isə daha sakit çıxır.

“Əsas nəticə odur ki, biz hamımız ilk növbədə özümüzü dinləyirik, lakin ən müdrik qərarlar şəxsi fikirlərimizi başqaları ilə bölüşməkdən gəlir”, – Qrossman əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.