“O olmasın, bu olsun”un Gülnazı vəfat edib

Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Vasif Ağamirov xəbər verilib.

O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib: “Anam günorta saatlarında vəfat edib. Bu gün dəfn ediləcək”.

Qeyd edək ki, T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-ə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Allah rəhmət eləsin.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir