“Obama yadplanetlilərlə bağlı məxfi məlumatı açıqlayıb, səhv edib” –TRAMP

Tramp UNO və yadplanetlilər haqqında məlumatları üzərində məxfiliyinin ləğv edilməsini əmr edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidenti TruthSocial sosial şəbəkəsində yazıb.

“İfadə olunan böyük marağı nəzərə alaraq Müdafiə Nazirinə və digər müvafiq departamentlərə və agentliklərə yerdən kənar həyat, naməlum hava hadisələri və naməlum uçan obyektlərlə bağlı hökumət sənədlərinin, eləcə də bu olduqca mürəkkəb, lakin olduqca maraqlı və vacib mövzularla bağlı hər hansı digər məlumatın müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşırıram”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, onun sələfi Barak Obama həftəsonu bir podkastda yadplanetlilər haqqında suala “onlar mövcuddur, amma mən onları görməmişəm” deyə bildirib. Bu qalmaqallı açıqlamadan sonra o, İnstaqramda aydınlıq gətirib: “Statistik olaraq, kainat o qədər genişdir ki, yerüstü həyatın mövcud olması tamamilə mümkündür. Lakin, günəş sistemləri arasındakı məsafələr nəzərə alınmaqla, yadplanetlilərin Yer kürəsini ziyarət etməsi ehtimalı azdır.”

Obama prezident kimi yerdən kənar varlıqların insanlarla əlaqə saxladığına dair heç bir dəlil almadığını bildirib. O, həmçinin ABŞ-da yadplanetlilərin saxlanıldığı iddia edilən gizli “51-ci Sahə” obyektinin mövcudluğunu da inkar edib.

Donald Tramp Obamanın “məxfi məlumatları” açıqlamaqla böyük səhv etdiyini bildirib. Ağ Ev rəhbərinin yadplanetlilərin mövcudluğuna dair dəlil alıb-almadığı soruşulduqda, o, belə cavab verib: “Onların mövcud olub-olmadığını bilmirəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.