Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ödəniş etməyən bina sakininə lift xidməti dayandırıla bilməz –

User 14 Avqust 2025 - 10:14 (Last updated: 14 Avqust 2025 - 10:14)
Lift

Lift

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib. Qərar məhkəmə mübahisəsi ilə bağlı verilib: “Məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb, həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları var”.

AzPost.az

Post navigation

Previous: Bakıda fermer yarmarkası təşkil olunacaq
Next: İsrail Qəzza əhalisini Cənubi Sudana köçürmək üçün danışıqlar aparır

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.