“Oğluma təşəkkür edirəm, tarixi qola imza atdı” –Nəriman Axundzadənin atası

“Qələbə qolundan sonra oğlumun tribunada məni axtarmasına bir ata olaraq çox duyğulandım”.

Bu sözləri “azxeber”ə açıqlamasında “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin atası bildirib.

Belə ki, dünən Avropa Liqasında həll edici qola imza atan 19 yaşlı futbolçu tribunada azarkeşlər arasında atasını axtarıb.

Əhməd Axundov oğlunun bu hərəkətinə münasibət bildirib:

“Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm. Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.