Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib

26 Oktyabr 2021 - 10:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

Fonddan verilən məlumata görə, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.