Bakıda “Gelandewagen” ilə polis avtomobili toqquşub –-FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Ağ Şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Gelandewagen” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobilə çırpılıb. Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə bu gün gecə saatlarında qeydə alınıb. Qəza nəticəsində xəsarət alanın olduğu vurğulanıb: “Yol nəqliyyat-hadisəsinin baş verməsi barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xəsarətin dərəcəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib

Sonrakı məqalə

Şimal bölgəsinə 23 sm qar yağıb-