“Dərsdən yayınmaq üçün II mərtəbədən tullanıb” –İntihar etdiyi deyilən şagirdlə bağlı açıqlama

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.
Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Qubadlı sakinləri ilə görüşüblər –

Sonrakı məqalə

Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib