Zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə neçə müraciət olub?

Oktyabr ayında ilansancma ilə əlaqədar 6, sirkə turşusundan zəhərlənmə ilə əlaqədar 20, dərman zəhərlənməsi nəticəsində 43 nəfər Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Baş həkimin verdiyi məlumata görə, oktyabr ayı ərzində 5 nəfər göbələk zəhərlənməsi, 4 nəfər spirtli içkidən, 6 allergik şok, 4 nəfər isə qida infeksiyası ilə əlaqədar müalicə alıb. “Təəssüf ki, sirkə turşusu içib zəhərlənənlərdən iki nəfərin həyatını xilas etmək mümkün olmayıb”, – deyə o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.