“Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın” –DEPUTATDAN AÇIQLAMA

“Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Deputat deyib ki, Ümumidünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan edib: “Yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.
Millət vəkili deyib ki, quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərinin bağlı qalması yanlız bu səbəbdən ola bilməz.
“Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətinən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərinin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra bilcəəyi də nəzərə alınırdı.
Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın”.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.