Oleq Qazmanovun 70 yaşı tamam olur, yubiley konserti verəcək

Rusiyanın xalq artisti Oleq Qazmanov 70 illik yubileyi üçün yeni albom təqdim edəcək.

Bu barədə müğənni TASS-a müsahibədə bildirib.

Müğənni qeyd edib ki, artıq yubiley turuna çıxıb: “Yubiley turum artıq başlayıb. Tur “7:0 mənim xeyrimə” adlanır. İyulun 22-nə qədər çıxaracağım yeni albom da belə adlanacaq”.

Ad gününü Svetloqorskda səhnədə qeyd edəcəyini deyən xalq artisti oğlu Rodionun da onunla birlikdə çıxış edəcəyini bildirib.

O. Qazmanov yubiley konsertini isə oktyabrın 30-da Moskvada “Crocus City Hall”da keçirməyi planlaşdırdığını deyib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bağırov körpüsü”ndən keçən yolda hərəkət məhdudlaşdırlır –

Sonrakı məqalə

Toylar nəzarətdə saxlanılır –