“Olimpiakos” klubunun prezidenti koronavirusa yoluxdu

Yunanıstanın “Olimpiakos” futbol klubunun sahibi və prezidenti Evangelos Marinakisdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə o, bu barədə şəxsi “İnstagram” hesabında məlumat paylaşıb.

E.Marinakis koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb: “Koronavirus məni də ziyarət etdi. Bu barədə ictiamiyyəti məlumatlandırmaq məcburiyyətindəyəm. Özümü yaxşı hiss edirəm. Çünki bütün lazımi tədbirləri görüb, həkimlərin tövsiyyələrinə əməl edirəm. Bütün dostlarım və vətəndaşlarımıza da eynisini tövsiyyə edirəm”.

Qeyd edək ki, Yunanıstanda koronavirusa 89 yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 641-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 031 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəsmi açıqlama:

Sonrakı məqalə

ÜST: