Olimpiya Komitəsinin Departamenti rəhbəri Mehman Kərimov vəfat edib

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.

AzPost bildirir ki, bu barədə Gənclər və İdman Nazirliyinin başsağlığında bildirilir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri 52 yaşlı Mehman Kərimov bu gün uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Mərhum bu gün saat 12:00-da Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, M. Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı.


Allah rəhmət eləsin!

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.