Ölkə üzrə koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir

15 Aprel 2020 - 18:03

“Ölkədə koronavirusa yoluxanlar arasında qadınlar nisbətən üstünlük təşkil edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“5 apreldən etibarən karantinə görə yoluxmada azalma müşahidə edirik. Əgər karantinə əməl olunarsa, daha da ümidverici nəticələr gözləyirik. Görülmüş tədbirlər nəticəsində xəstələrin müalicəsində uğurlu nəticələr görmüşük”, – deyə o bildirib.