Ukrayna yeni raket sistemlərinin istehsalını dayandırdı –Pul yoxdur

Ukrayna müdafiə sənayesi “Vilxa” yaylım atəşli reaktiv sistemi (YARS) və “Qrom-2” operativ-taktiki raket kompleksi (OTRK) də daxil olmaqla yeni raket sistemlərinin istehsalını dayandırıb.

Azpost.info “AzeriDefence” hərbi jurnalına istinadən verdiyi məlumata görə, bu barədə Pavloqrad kimya zavodunun direktoru Leonid Şiman jurnalistlərə açıqlamasında deyib.

Zavod direktoru bildirib ki, hökumət maliyyə vəsaiti təmin edə bilmədiyi üçün zavod bərk yanacaqla çalışan yeni raket sistemlərinin mühərriklərinin istehsalını müvəqqəti dayandırıb.

Leonid Şiman qeyd edib ki, zavodun bağlanması bütün raket proqramının dayandırılması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb

Sonrakı məqalə

Ölkə üzrə koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir