Ölkədə aqrar sahədə mütəxəssis çatmır, xaricdən dəvət edirik

Azərbaycana xaricdən aqrar sahədə mütəxəssislərin dəvət edilməsinin səbəbi açıqlanıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib ki, Azərbaycanda aqrar sahədə mütəxəssis çatışmazlığı var.

Nazir müavini deyib ki, Azərbaycana xaricdən belə mütəxəssislərin gəlməsinin də əsas səbəbi budur: “Aqrar sahədə mütəxəssis çatışmazlığının yaranması isə uzun illər ərzində bu sahədə təhsil almağa üz tutanların sayının az olması və olan kadrların da yaşlanmasıdır. Belə çatışmazlıq isə ali təhsilin müddətini nəzərə alsaq, 1 ilə qapana bilmir. Yəni dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, o çatışmazlıq aradan qaldırılsın. Bu da qeyri-mümkündür. Bu səbəbdən xaricdən mütəxəssis sifarişinə ehtiyac yaranır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.