Azərbaycanda əhalinin 43 faizi COVID-19 əleyhinə vaksinasiya prosesində iştirak edib.
Bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 738 min doza, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 808 min 374, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 929 min 626 nəfər təşkil edir. Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.