Ölkədə internet problemi yaranıb –

“Delta Telecom”da nə baş verib ? (DETALLAR)
21 Aprel 2020 - 18:15
network cables connected to switch

“Hazırda Azərbaycan İnternetində problemlər yaşanır.
Ölkənin 2 əsas magistral provayderindən birində – Delta Telecomum ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib”.

Azpost.info bildirir ki, bu sözləri informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz yazıb. O bildirib ki, ilkin məlumatlara görə Delta Telekomun 2-ci əsas Mərkəzi, ATS 66 -da yerləşən Mərkəzi ilə DeltaTelecomum əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib: “Bu qəzanın kimlərsə tərəfindən , xəbərdalıq edilm ədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində Deltanın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb”.
O.Gündüz qeyd edib ki, Delta mövcud alternativləri işə salsa da son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib:
“Beləliklə də yalnız DeltaTelecomdan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb. Eyni zamanda Deltadan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda DeltaTelekomda qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır”.

O Gündüzün fikrincə, baş verənlər bir daha göstərir ki ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də problemlər hələ də qalmaqdadır: “Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.Ölkənin əsas internet təchizatçısı olan DeltaTelecom istənilən şəraitdə dayanıqlı olan , tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.
Düşünürəm ki cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.

NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir”.