“Ölkəmiz on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrilib”- Prezident

Bizim enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərkən bildirib.

Dövlət başçısı Azərbaycanın artıq on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.