“ESTOS” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 203107.36 manat vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seymur Qarayev Əli oğludur. Sözügedən şirkət xaricdən kartof və digər ərzaq malları idxal edir.