“Ölkədə dövlət çevrilişinə hazırlıq planı olub” –Gürcüstan DTX-sından açıqlama

Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.

Bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər.

DTX bu planların müzakirə olunduğunu sübut edən səsyazısı da təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hüquqi şəxslərin dövlət qeydiyyatı elektronlaşdırılır

Sonrakı məqalə

“Əbu Bəkr məscidi təmirdən sonra fəaliyyətini bərpa edəcək” –