“Əbu Bəkr məscidi təmirdən sonra fəaliyyətini bərpa edəcək” –Qamət Süleymanov

Əbu Bəkr məscidində təmir işləri aparılır və bitəndən sonra məscid öz fəaliyyətini bərpa edəcək.

Bu barədə məscidin imamı Qamət Süleymanov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildən məscid məhdud qaydada fəaliyyət göstərib: “Məlum terror aktından sonra məhdudiyyət qoyuldu. Son bir-iki ildə isə minarələrin biri qəza vəziyyətinə düşdüyünə görə məscid tam bağlanmışdı. Hazırda minarələrin təmiri aparılır, dizaynı dəyişir. Təmir işləri bitəndən sonra məscid tam şəkildə öz fəaliyyətinə davam edəcək”.

Bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtın Nərimanov rayonundakı Əbu Bəkr məscidinin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan etdiyi bildirilmişdi.

Əbu Bəkr məscidi 1997-ci ildə Bakıda fəaliyyətə başlayıb. 2008-ci il avqustun 17-də məscidə iki əl qumbarası atılıb. İki nəfər ölüb, 18 nəfər yaralanıb. Xəsarət alanların arasında məscidin imami Qamət Süleymanov da olub. Bundan sonra məsciddə kütləvi ibadətlər dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölkədə dövlət çevrilişinə hazırlıq planı olub” –

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb