“Ölkədə epidemioloji vəziyyət sabitdir” – RƏSMİ

Tibbi Yardım
Tibbi Yardım

“Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir”.

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir:

“Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.