Ölkədə yaşayış evləri bahalaşıb –RƏSMİ (CƏDVƏL)

Azərbaycanda bu ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, ümumilikdə ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.

Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri
2025-ci ilin I rübü 2024-cü ilin IV rübünə nisbətən, faizlə 2025-ci ilin I rübü 2024-cü ilin I rübünə nisbətən, faizlə
Yaşayış evləri üzrə qiymət indeksi 100,5 101,3
5 mərtəbəyə qədər yaşayış evləri 100,8 101,6
6 və daha çoxmərtəbəli yaşayış evləri 100,5 101,2
Sosial təyinatlı binalar üzrə qiymət indeksi 100,7 101,3
İnzibati tikililər 100,6 101,9
Ümumtəhsil məktəbləri 100,7 101,2
İstehsal təyinatlı obyektlər üzrə qiymət indeksi 100,8 102,5
Sənaye obyektləri 100,8 102,5
Yol və körpü tikintisi üzrə qiymət indeksi 100,6 102,7
Yol tikintisi 100,6 102,7
Körpü tikintisi 101,0 102,

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.