Ölkəmizə elektrik avtomobillərinin idxalı 6 dəfə artıb

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 433 milyon 146,85 min dollar dəyərində 29855 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 28% və ya 6499 ədəd artıb.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 dəfə və ya 476 ədəd avtomobil artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.