Ölkənin ən məşhur xəstəxanası orqan əməliyyatını dayandırıb –Həkim kadrı yoxdur 

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb.

Azpost.info  modern.az-a istinadən bildirir ki, buna səbəb xəstəxanada əməliyyatı icra edəcək kadrların olmamasıdır.

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasnın şöbə müdiri Elmir Əsgərov modern.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin sabiq müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən icra edilirdi. M.Kazımi 2008-ci ildən 2018-ci ilədək burada fəaliyyət göstərib. 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir