Ölkədə ötən beş ayda ərzaq 15 faiz bahalaşıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrünə nəzərən 13,1 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,8 faiz, qeyri-ərzaq məhsulları 11,6 faiz, ödənişli xidmətlər 10,6 faiz bahalaşıb.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Başqa bir hesabata görə, mayın 1-nə ölkə iqtisadiyyatında 1 milyon 734,2 min nəfər muzdlu işçi qeydə alınıb, onların orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq 913,9 manata çatıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.