Bu ilin yanvar-fevral aylarında 2726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 14,7 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 9,5 milyon dollar olmaqla 1937 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.