Ombudsman Səbinə Əliyeva şəhid ailələrini ziyarət edib –FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Vətən Müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri ilə görüşləri davam edir, müalicə olunan hərbi qulluqçularımıza mütəmadi olaraq baş çəkilir.

Ombudsman Aparatından verilən məlumata görə, Səbinə Əliyeva və Aparatın əməkdaşları bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – polkovnik-leytenant Rəşad Quliyev, polkovnik-leytenant Qərib Baxşəliyev və polkovnik-leytenant Sədi Musayevin ailələrinə baş çəkiblər.

Görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da iştirak edib.

Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb.

Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda şəhid ailələrinə Ombudsmanın adından sovqatlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanla Merkel videokonfrans formatında görüşüb

Sonrakı məqalə

“Baku Medical Plaza”da yanğın olub