Ərdoğanla Merkel videokonfrans formatında görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Videokonfransda liderlər iki ölkə arasındakı əlaqələr və Türkiyə-Avropa İttifaqı (Aİ) əsas olmaqla, regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Prezident Ərdoğan Türkiyə-Aİ əlaqələrinin müsbət istiqamətdə inkişafına qərarlı olduqlarını ifadə edərək, martda keçiriləcək zirvə toplantısına hazırlıq prosesi üçün danışıqların intensivləşməsi və texniki tərəflərin həll edilməsinin vacibliyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 44 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

Ombudsman Səbinə Əliyeva şəhid ailələrini ziyarət edib –