Ölkədə bu il 1 milyon ton meyvə istehsal olunub –Nə qədəri ixrac edilib?

Azərbaycanda meyvə və giləmeyvə istehsalı artıb.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Bu ilin yanvar-oktyabr aylarında 1 milyon 59 min ton meyvə və giləmeyvə istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

İstehsal olunan meyvə və giləmeyvənin 245 min 900 tonu xaricə ixrac olunub. İxrac olunan meyvənin ümumi dəyəri 300 milyon dollardan artıqdır.

Yanvar-oktyabrda xarici bazarlara meyvə ixracında 1,4 faiz artım qeydə alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.