On ayda Belarusla 300 milyon dollarlıq ticarət dövriyyəmiz olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 300 milyon ABŞ dollarına yaxın olub.

AZƏRTAC xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 87,7 milyon dollar, idxalın həcmi isə 211,5 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.