Onlara da diplomatik pasport verilə bilər

diplomatik pasport
diplomatik pasport

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər.

AzPost xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O deyib ki, ötən iclasda həmkarı Fazil Mustafa MSK-nın sədr müavinini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

Əli Hüseynli qeyd edib ki, bu təklif əsaslandırılıb: “Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik”.

Qeyd edək ki, ötən plenar iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa MSK-nın sədr müavini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.