Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Onların Heydər Əliyevi aradan götürmək cəhdi baş tutmadı” –

User 07 İyun 2023 - 15:49 (Last updated: 21 May 2025 - 20:15)
resul quliyev
“70 yaşdan sonra illərin olduqca sürətlə keçəcəyini təsəvvür etməzdim. Mərhum Prezident Heydər Əliyevin 100 illik yubileyinin belə tez gəlib çatacağına inanmazdım da. Mənim taleyim elə gətirib ki, rəhmətlik Heydər Əliyevi 1969-cu ildən tanımışam”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin sabiq sədri Rəsul Quliyev mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı yazısında qeyd edib.
R.Quliyevin sözlərinə görə,  1981-ci ildən etibarən H.Əliyevin keçirtdiyi iclaslarda, eyni zamanda rəhbərlik etdiyi zavodun ELOY qurğusunun açılışında rəsmi görüşləri olub: “Mən ona qurğu barədə hesabat xarakterli məlumat vermişəm. Ancaq onunla şəxsən ilk və qeyri-rəsmi görüşüm 1991-ci ildə Azərbaycan parlamentində baş tutmuşdu. Mən hər zaman onun iş metodlarının mükəmməliyindən zövq almışam. Onun istər Azərbaycan, istərsə də rus dilində etdiyi çıxışlarının təsiri şəxsən mənim üçün çox güclü olub”.
Sabiq spiker deyib ki, 1982-ci ildə H.Əliyevin SSRİ-nin ali orqanı olan Siyasi Büroya seçilməsi Azərbaycan tarixi üçün möcüzə idi: “Çünki o azərbaycanlı idi. Eyni zamanda azərbaycanlı olması ilə də yanaşı müsəlman idi. Bu millətçi rus şovinistlərinin daxilində 5 il mühüm və strateji vəzifə daşıması da ikinci möcüzə idi. Heç şübhəsiz ki, bütün bunlar Heydər Əliyevin dahiliyinin və xüsusi məharəti nəticəsində baş tutmuşdu”.
R.Quliyevin sözlərinə görə, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin xidmətlərinin miqyası Azərbaycan sərhədləri hüdudundan böyük idi: “Sovetlərin əsas strategiyasının (məsələn Baykal-Amur magistralı layihəsinin) həyata keçirilməsinə, Çernobıl faciəsini araşdırmasına və eyni zamanda faciənin aradan qaldırılmasına məhz Heydər Əliyev rəhbərlik edib. Heç şübhəsiz ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərini bir təbrik məktubuna yazıb, sığışdırmaq mümkün deyil”.
R.Quliyev yazıb ki, xoşbəxtlikdən Heydər Əliyev vəzifəsindən getdikdən sonra da siyasi fəaliyyətini dayandırmadı: “Onun vəzifədə olmamasına baxmayaraq siyasi varlığından belə vahiməyə düşən Vəzirov, Mütəllibov, Xalq Cəbhəsi rəhbərləri bütün gücləri ilə onu ya fiziki ya da, siyasi mənada aradan götürməyə cəhdlər göstərdilər. Çox sevindirici haldır ki, onların bu məkrli niyyətləri baş tutmadı”.
“Təməli mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin məharətli davamçısı olaraq Prezidetn İlham Əliyev cənablarını, eyni zamanda Mehriban xanım Əliyeva başda olmaqla bütün ailə üzvülərinizi, xalqımızı 100 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı yolunda Sizlərə uğurlar diləyirəm”-deyə R.Quliyev yekunda yazıb.
Azpost.info

Post navigation

Previous: “Ərzaq idxalından həmişə asılı olacağıq” –
Next: Evlərin icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.