“Opera Euro Rapid” turniri başa çatdı, qalib məlum oldu –Teymur Rəcəbov üçüncü yeri tutdu

“Champions Chess Tour” seriyasının üçüncü mərhələsi – “Opera Euro Rapid” turniri başa çatıb.

ABŞ təmsilçisi Uesli So hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni finalda məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, yarışda üçüncü yeri Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravı məğlub etməklə qazanıb.

Xatırladaq ki, seriya çərçivəsində keçirilmiş birinci turnirin – “Skilling Open”in qalibi də Uesli So olub. Seriyanın ikinci – “Airthings Masters” turnirində isə Teymur Rəcəbov birinci yeri tutub. Azərbaycanlı qrossmeyster turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıldan paylaşım edib –

Sonrakı məqalə

Bu gündən Bakı, Sumqayıt və Abşeronda V-IX siniflər üzrə ənənəvi tədris bərpa olunur