Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!…

User 18 May 2026 - 15:51 (Last updated: 18 May 2026 - 15:51)
salyan muellime01

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda start götürməsi, son günlərdəki aramsız yağışın paytaxtda və rayonlarda yaratdığı problemlər,  Avroviziya təmsilçimizin uğursuz çıxışı, kriminal hadisələrin şənbə-bazar günlərində kəskin artımı KİV-lərdə və sosial şəbəkələrdə əsl xəbər bolluğu yaratdı.

Bu xəbər bolluğuna rəng qatan, müsbət ahəng verən informasiya isə Salyan şəhərində yaşayan 90 yaşlı qocaman müəllimənin vaxtı ilə dərs dediyi məktəbdə  yubileyinin keçmiş yetirmələri tərəfindən təntənəli şəkildə keçirilməsi oldu. Geyiminin sadəliyindən, tədbirin olduqca səmimi ahəngindən bəlli idi ki, yubileyi keçirilən Solmaz Hüseynova hansısa tanınmışların, imkanlı iş adamlarının, vəzifəlilərin yaxını deyil, bu tədbir tapşırıqla ərsəyə gəlməyib, könül işidir. Şənbə günü keçirilən yubiley tədbirinin bazar günündən başlayaraq  demək olar ki, bütün sosial şəbəkələrdə kütləvi şəkildə paylaşılması, müəlliməyə saysız-hesabsız təbriklərin yazılması, xoş arzuların  dilənməsi cəmiyyətin 5 dəqiqəlik kadrlardan görüb isnişdiyi, sevdiyi, qəlbinə yaxın bildiyi qocaman müəlliməyə ehtiramdan doğurdu.

Həmin videonu mən də sosial şəbəkə hesablarımda paylaşıb, paylaşılanlara rəy yazsam da, qəlbimdə bir boşluq hiss etdim.  Qəlbimin dərinliklərində bu xanım müəlliməyə duyduğum ehtiram hissi ilə bu yazını yazdım. Yaxından tanımasam da, yetirmələrinin ilk müəllimlərinə olan sevgisi, müəllimin duruşu, mənalı çıxışı bu yazını yazdırdı.

Jurnalist peşəmə görə çox yubiley tədbirlərinin iştirakçısı olmuşam, KİV-dən, sosial şəbəkələrdən çox tədbirləri izləmişəm. Amma eturaf edim ki, onların heç biri məni Solmaz müəllimənin yubiley tədbiri qədər duyğulandırmamışdı. Və paylaşımlardan, yazılan şərhlərdən görünürdü ki, təsirlənən tək mən deyiləm…

Minlərin arzusunu bir yazıda dilə gətirmək istəyim  təkcə 90 yaşlı Solmaz Hüseynovaya olan diqqət deyil, ömrünü müqəddəs müəllimlik peşəsinə həsr etmiş bütün müəllimlərimizə-fərqi yoxdur- təqaüddədir, dünyasını dəyişib, hal-hazırda çalışır-hamısına ehtiramdır, töhfədir.

Salyan şəhər 4 saylı orta məktəbin ibtidai sinif müəllimi Solmaz Hüseynova  haqqında sosial şəbəkələrdən öyrəndiyim budur ki, xanım müəllimə 1967-2009-cu illərdə bu təhsil ocağında çalışıb. Necə çalışdığını təhsil idarəsindən, ya məktəb rəhbərliyindən soruşmağa ehtiyac hiss etmədim. Bu sualın cavabı onu məktəbin həyətində səbirsizliklə gözləyən yetirmələrinin simasından, minnətdarlıq, sevgi dolu baxışlardan oxunurdu. Solmaz müəllimənin əlləri təbərrik idi  yetirmələrinə. Onlara qələm tutmağı öyrədən bu əllərə toxunmaq, öpmək ən müqəddəs ziyarət  idi sanki. Baxmayaraq ki, o əlləri zaman qırışları ilə naxışlamışdı, saçlarını ağappaq ağartmışdı, dizindən taqətini, gözündən nurunu, simasından gənclik təravətini almışdı. Amma dik duruşuna, məğrur yerişinə, hafizəsinə, nitqinə toxuna bilməmişşdi. Müəlliməyə təqdim edilən saysız  çiçək dəstələrisə əməyinin qiyməti,  müəllim ömrünün daima bahar olduğunun rəmzi idi.

Sinif otağında Solmaz müəllimə tam ayrı idi. Dərs otağının havası sanki ona yeni nəfəs vermişdi, doğma məkan dizlərinin gücünü artırmışdı, çöhrəsinə ilahi bir nur qatmışdı.   Müəllimənin davranışı, peşə etikasına sadiqliyi sadəcə valehedici idi. Təqaüddə olduğunu, bura qonaq kimi dəvət edildiyini belə unutmuşdu. Onu dinləyən şagirdləri, məkanın doğmalığı müəlliməni ötənlərinə qaytarmışdı, arzusunda olduğu, bir daha geri dönə bilməyəcəyi illərindən bir saatlıq da olsa hayıfını alırdı. Yetirmələri ilə  salamlaşması, hal-əhval tutması, qısa, lakin maraqlı dialoqları, şux zarafatları zamanın ahəngini pozmuşdu, geri qaytarmışdı. Rəmzi dərs prosesindən  sonra Solmaz müəllimənin sinif otağını qamətini dik saxlayaraq  vüqarla tərk etməsi möhtəşəm səhnə  idi!..

…Amma Solmaz müəllimə sonacan bu möhkəmliyini saxlaya bilmədi, ürəyi doldu yetirmələrinin bu diqqətindən. Zalda ona həsr olunan videorolikə baxanda ilk dərsə gələn uşaq kimi ağladı,  zaldakıları da kövrəltdi, sosial şəbəkələrdə bu videonu izləyənləri də. Bu bir insanın ona verilən dəyərdən qəlbən təsirlənməsi, axıtdığı göz yaşlarısa ömrünü boşuna keçirmədiyinə görə qəlbinin təsəllisi idi.

Və ən nəhayət, Salyan şəhər 4 saylı orta məktəbdə ibtidai sinif müəllimi Solmaz Hüseynovanın 90 illik yubiley  tədbiri cəmiyyətin öz ziyalısına-onun bütün zamanlarda ən öndə gedən nümayəndəsinə verdiyi dəyəri idi. Bu tədbir son illərdə məqsədli, ya kortəbii şəkildə müəllim nüfuzunu aşağı salmağa, zədələməyə hesablanmış kampaniyalara tutarlı cavab idi, sübut idi. Bir daha göstərdi ki, cəmiyyət müəllimini sevir, dəyərləndirir, həmişə yüksəkdə tutur. Gənc müəllimlərə də mesaj idi ki, peşəsinə bağlanan, sevən müəllimləri yetirmələri  heç zaman unutmur, daima  yaddaşında saxlayır, ehtiram göstərir.

…Sizi yaxından tanımasam da, müəllimim olmasanız da, yetirmələrinizin sizə ehtiramına görə mən də sizi  çox sevdim, ürəkdən sevdim, Solmaz müəllimə… Nur saçan çöhrənizə, ağ saçlarınıza baxıb ilk müəllimimi, üstümdə zəhməti olan müəllimlərimi xatırladım. Sizin həyat yolunuz, yetirmələrinizin sizə sevgisi, onların baxışlarında oxunan minnətdarlıq ifadəsi  necə müəllim olduğunuzun real əksi idi. Bu görüş həm də  “əsl müəllim necə  olmalıdır?” sualına cavab, cəmiyyətin, aidiyyatı qurumların təqaüddə olan, sevgiyə, yad edilməyə  ehtiyacı olan müəllimlərə diqqət göstərməyin vacibliyinə ötürülən mesaj idi. Müəllim nüfuzunu qaytarmaq, bu ixtisası seçən gənclərdə peşələrinə məhəbbət yaratmaq üçün belə tədbirlərin rolunun vacibliyinin xatırlanması idi.

90 yaşlı Solmaz Hüseynovanın əlini təbərrik kimi öpən keçmiş yetirmələrinə mən də qoşuluram. Əlllərinizdən öpürəm…Ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın dediyi kimi:

Öpməkçin müqəddəs bir mövqe varsa,

O da müəllimin əlidir, anla!..

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

AzPost.az

Post navigation

Previous: “Forum Azərbaycanın qlobal problemlərin həllində iştirakını təsdiq edir”
Next: Magistraturaya qəbul imtahanı yenidən keçiriləcək –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.