“Oqtay Gülalıyevdə şüur oyanıqlığının nə zaman baş verəcəyi bilinmir” –Həyat yoldaşı

10 ay öncə Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

Bunu Azadlıq Radiosuna O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun deməsinə görə, O.Gülalıyevin çəkisində artım var, duyğuları, reaksiyaları dəqiqləşir:

“Amma şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oqtayı müalicə edən həkimlər də bu halın nə zaman baş verəcəyini deyə bilmirlər. Amma biz Türkiyəyə gələndə Azərbaycanda hakimlər onun, ümumiyyətlə, yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma şükürlər Oqtay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib. Əməliyyatdan sonra hər hansı fəsad olmayıb”.

O.Gülalıyevin Türkiyədə sonuncu əməliyyatı bu il iyulun sonlarında gerçəkləşib.

O, daha əvvəl iki dəfə Türkiyədə və bir dəfə Azərbaycanda əməliyyat olunub.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus xəstəsi olan satıcı işə çıxdı, polis saxladı –

Sonrakı məqalə

Tofiq Yaqubluya sabah hökm oxunacaq