Oqtay Gülalıyevin oğlu avtomobil qəzasına düşüb

26 May 2021 - 10:08

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.

O, avtomobilin sükanı arxasında olduğunu və qarşıdan gələn avtomobillə toqquşduğunu deyib: “Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq”.

“Turan” Agentliyinin məlumatına görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. “Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır” – agentliyin xəbərində yazılıb.

Təbriz Gülalıyevin saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirildiyi bildirilir.