ABŞ Prezidenti Donald Tramp Davos Beynəlxalq İqtisadi Forumundakı çıxışı zamanı İranla bağlı danışıb.
AzPost bildirir ki, o, Tehran Yaxın Şərqdəki hərəkətlərini “xuliqanlıq” adlandırıb.
“İran uzun illər Yaxın Şərqdə xuliqanlıq edən ölkə olub və indi onlar artıq belə iş edən ölkə deyillər. Əgər biz nüvə obyektlərini məhv etməsəydik, İran iki ay ərzində nüvə potensialına sahib olardı. Əgər onlar yenidən cəhd etsələr, bunu başqa yerdə etməli olacaqlar. Çünki obyektlər tamamilə məhv edilib”, – deyə Tramp bildirib.
O, ABŞ-ın hərəkətləri olmadan regionda sülhün təhlükə altında olacağını qeyd edib, lakin eyni zamanda III Dünya Müharibəsinin baş vermə ehtimalının olmadığını da bildirib. Amerika lideri əlavə edib ki, hazırda Yaxın Şərqdə sülh hökm sürür.