Orban Moskvaya niyə səfər etdiyini açıqlayıb

“Moskvaya səfərimin məqsədi sülh missiyasını davam etdirməkdir”.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban X sosial şəbəkəsindəki hesabında yazıb.

“Sülh missiyası davam edir. Növbəti dayanacaq Moskvadır”, – Orban qeyd edib.

Orban Rusiya paytaxtına bu gün gəlib. Macarıstan Baş nazirinin Moskvaya gəlişi barədə onun mətbuat katibi Bertalan Havaşi məlumat verib. O bildirib ki, Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır. Söhbət zamanı Baş nazir Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcək.

Azpost.info

 

Əvvəlki məqalə

Ukrayna Almaniyadan daha bir “Patriot” kompleksi alıb

Sonrakı məqalə

Prezident “İsa bulağı” kompleksinin açılışında iştirak edib