Orban Netanyahu ilə bağlı həbs qərarını rədd etdi –Macarıstana səfərə çağırdı

“Bu gün mən İsrailin baş naziri Netanyahunu Macarıstana səfərə dəvət edəcəyəm”.

Azpost.info bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu ilə bağlı çıxardığı həbs qərarını rədd edib.

“Ona zəmanət verirəm ki, o gəlsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Macarıstanda qüvvəyə minməyəcək. Biz onun müddəalarına əməl etməyəcəyik”- deyə Orban vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.