Orbitdə fövqəladə hadisə: NASA Crew-11 ekipajının təxliyəsini nəzərdən keçirir

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) astronavtlardan birinin səhhətində yaranan ciddi problem səbəbindən SpaceX Crew-11 missiyasının Beynəlxalq Kosmik Stansiyada (BKS) vaxtından əvvəl dayandırılması imkanını təcili qaydada dəyərləndirir.

AzPost xəbər verir ki, qurum bu gün rəsmi olaraq ilin ilk açıq kosmosa çıxışının ləğv edildiyini açıqlayıb. Yaxın saatlarda baş tutmalı olan bu fəaliyyətin təxirə salınması uçuş qrafiki baxımından vəziyyətin kritik olduğunu göstərir. NASA artıq “Yer — kosmos” birbaşa yayımlarını və audio əlaqə kanallarını da müvəqqəti olaraq dayandırıb.

Xəstələnən astronavtın kimliyi açıqlanmasa da, NASA onun vəziyyətinin hazırda stabil olduğunu bildirir. Eyni zamanda mütəxəssislər növbəti Crew-12 kosmik gəmisinin planlaşdırılandan daha tez — fevralın ortasından əvvəl buraxılıb-buraxılmaması məsələsini müzakirə edirlər.

Spaceflight Now portalının məlumatına görə, NASA açıqlamasında qeyd edib ki, missiyaların təhlükəsiz icrası agentliyin əsas prioritetidir və bütün mümkün ssenarilər, o cümlədən Crew-11 missiyasının erkən başa çatdırılması diqqətlə qiymətləndirilir. Bildirilib ki, bu cür fövqəladə vəziyyətlər üçün həm NASA, həm də tərəfdaş qurumlar əvvəlcədən hazırlıq keçir.

Qeyd edək ki, insident astronavtlar Mayk Fink və Zena Kardmanın BKS-in enerji təminatı sisteminin yenilənməsi məqsədilə açıq kosmosa çıxışına az qalmış baş verib. Planlaşdırılan işlər 2026-cı ildə stansiyada yeni iROSA günəş panellərinin quraşdırılmasına hazırlıqla bağlı idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.