“Orduda koronavirusa kütləvi yoluxma baş verməyib” –HİKMƏT HACIYEV

“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü,  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir: “Yeni növ koronavirusa (COVİD-19) yoluxmanın artması bizi narahat edir. Bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir