“Ordularımız qarşıdurmadan qaçmalıdır” –Çin və ABŞ müdafiə nazirləri görüşdü

“Çin və ABŞ orduları münaqişə və qarşıdurmadan qaçmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Sinqapurda ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşdə Çinin müdafiə naziri Vey Fenxe bildirib.

Onun sözlərinə görə, silahlı qüvvələr arasında sabit münasibətlər Çin və ABŞ arasında əlaqələrin inkişafı üçün vacibdir.

Nazir qeyd edib ki, Çin Tayvanın müstəqilliyinə nail olmaq cəhdlərini qətiyyətlə yatıracaq: “ABŞ-dan Tayvana silah tədarükü Çinin təhlükəsizliyini təhdid edir. Çin ABŞ-la sağlam və sabit münasibətlərin inkişafına ümid edir. Hər iki ölkə bu istiqamətdə çalışmalıdır. Birləşmiş Ştatlar Çinin inkişafı və böyüməsi ilə bağlı rasional olmalı, Çinə hücum etməməli, onu ləkələməməli, cilovlamamalı və ona təzyiq etməməli, Çinin daxili işlərinə qarışmamalı və onun maraqlarına zərər verməməlidir. Yalnız bu yolla ABŞ-Çin münasibətləri yaxşılaşa bilər”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın neçə ölkədə səfirliyi var? –

Sonrakı məqalə

Nazarbayev Moskvaya gəlib –