Azərbaycanın neçə ölkədə səfirliyi var? –SİYAHI

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi Azərbaycanın xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının siyahısını yeniləyib.

Siyahıda bu ölkələrdəki səfirliklərin adları yer alır: ABŞ, Almaniya, Argentina, Avstraliya, Avstriya, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Braziliya, CAR, Çexiya, Çin, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Gürcüstan, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İraq, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kanada, Koreya Respublikası, Küveyt, Qazaxıstan, Qətər, Qırğızıstan, Latviya, Litva, Livan, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Moldova, Niderland, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yaponiya, Yunanıstan.

Baş konsulluqların olduğu şəhərlər belə sıralanır: Los Anceles, Dubay, Batumi, Təbriz, Aktau, Sankt-Peterburq, Yekaterinburq, İstanbul, Qars.

Daimi nümayəndəliklər siyahısında BMT yanında daimi nümayəndəlik, Avropa İttifaqı yanında nümayəndəlik, NATO yanında nümayəndəlik, Avropa Şurası yanında daimi nümayəndəlik və başqa nümayəndəliklər var.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın hərbi gücü tükənir…”-

Sonrakı məqalə

“Ordularımız qarşıdurmadan qaçmalıdır” –