Ordumuz Zəngəzur yoluna və Qaragölə nəzarət edir –MÜDAFİƏ NAZİRLİYİ VİDEO YAYDI

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır.

Azpost.info bidirir ki, bu barədə Müdafiə Nazirıiyi videorolik paylaşıb.

“Həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz olaraq xidmət aparılır və yüksək səviyyədə döyüş növbətçiliyi təşkil olunur.
Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar xidməti-döyüş fəaliyyəti təkmilləşdirilir”.

Qeyd edək ki, bu görüntülərdə maraqlı detallar diqqəti çəkir. Kadrlarda Qaragöldə qurulmuş hərbi postu görmək olur. Videoda danışan hərbçilər Laçın rayonu ilə Zəngəzur mahalını birləşdirən yol arasında mövqe tutduqlarını bildirir. Laçın rayonuna aid yolun tam şəkildə Azərbaycan əsgərinin nəzarətinə keçməsini vurğulamaq olar.

Belə aydın olur ki, Azərbaycan ordusu Zəngəzur yoluna tam nəzarət edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda yarım milyon dollara avtomobil satılır –

Sonrakı məqalə

Azərbaycan Rusiyaya nota verdi –