Orduya dəstək aksiyasında insidentə görə həbs edilənlərə şərti cəza verilib –

QƏRAR
21 İyun 2021 - 18:57

İyunun 21-də Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə ikinci qrupun məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və bitərəf Taleh Məmişov 3 il 6 ay, Seymur Əhmədov (AXCP) 2 il 6 ay, digər AXCP fəalları Şəmsi Rəhimli, Elvin Məmmədov, Elnur Cabbarov, Müşfiq Quliyev,  Azərbaycan Demokratiya və Rifah Hərkatının fəalı Pərvin Çobanov , Müsəlman Birliyi Hərəkatının fəalı Kamil Mahmudov, Naxçıvan MR-nin keçmiş daxili işlər naziri, Səyavuş Mustafayev və bitərəflər Dəyanət Mövlayev, Elçin Mehdiyevə 3 il şərti cəza verilib. Hökmə görə şərti cəza müddəti həm də sınaq müddəti hesablanacaq.

Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.