Orqanizm üçün ən zərərli qoz hansıdır?

Rusiyalı endokrinoloq və dietoloq Anton Polyakov aif.ru-ya açıqlamasında orqanizm üçün ən zərərli qozun adını çəkib.

“Fıstıqların qoz-fındıq olduğuna dair ümumi yanlış fikir var. Əslində, onlar paxlalı bitkilərdir. Ona görə də geniş, ümumi fikir götürsək, ən zərərli qoz fıstıqdır. O, omeqa-6 ilə zəngindir və ən allergenlərdən biri hesab olunur”, – Polyakov deyib.

Dietoloq əlavə edib ki, şam qozası və ya yunan qozu kimi digər qoz-fındıqların zərərliliyinə gəlincə, yeganə mümkün səbəblər fərdi allergik reaksiyalardır.

“Ümumiyyətlə, klassik, adi qoz-fındıqların zərərliliyi barədə heç nə deyə bilmərəm. Onlar normal miqdarda yeyilsə, əvvəlcədən isladılırsa, yaxşıca çeynəsələr yaxşı məhsuldur”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.