Orta Asiya ölkələri Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinə qarşı mübarizə aparacaq- BƏYANAT

Orta Asiya ölkələrinin xarici işlər nazirləri Avropa İttifaqından olan həmkarları ilə görüşdə Rusiyanın Ukraynadakı müharibəyə görə sanksiyalardan yayınmasına qarşı mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, tərəflərin birgə bəyanatında deyilir ki, Aİ nümayəndələri Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərini Rusiyaya qarşı 11 sanksiya paketi barədə məlumatlandırıblar.

Həmçinin Aİ sanksiyaları kontekstində nəticəyönümlü dialoq və əməkdaşlığın vacibliyini vurğulayıblar.

Həmçinin Lüksemburqda Aİ-Qazaxıstan Əməkdaşlıq Şurasının iclası keçirilib və bu iclasda Avropa tərəfi ümumi yüksək prioritet malların təkrar ixracını dayandırmaq üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.