Osmanlı sultanı Əbdülhəmidin nəvəsi Qarabağla bağlı Ermənistana xəbərdarlıq etdi:"Biz geriyə dönsək, siz dəliyə dönərsiniz” (BƏYANAT)

Sultan II Əbdülhəmid Xanın nəvəsi, şəhzadə Abdülhəmid Kayıhan Osmanoğlu Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və Azərbaycan-Ermənistan sərhəddindəki hadisələrlə bağlı açıqlama verib.

Şahzadə Abdülhamid Kayıhan Osmanoğlunun açıqlamasında deyib: “Uzun illərdir işğal altında saxlanılan Qarabağ müsəlman-türk torpağıdır. Millət olaraq beynəlxalq hüquqa zidd olan bu işğalı qəbul etmədik, etməyəcəyik. Son günlər Ermənistan qardaş Azərbaycanın Tovuz rayonunda terror həyata keçirir, qardaşımız şəhid olub. Ermənistanı tarixdən dərs alması üçün səsləyirəm. Osmanlının nəvələri olaraq keçmişdə ermənilər bizdən necə münasibət görübsə, etdiklərinə qarşı bugün və sabah da eyni münasibəti göstərəcəyik. Biz geriyə dönsək, siz dəliyə dönərsiniz”.

Abdülhamid Kayıhan Osmanoğlu daha sonra deyib ki, azərbaycanlı qardaşlarına Osmanlı sözü verir. Hər zaman, hər saat Azərbaycanın yanında olacaqlar. (Haqqın.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Sonrakı məqalə

BMT-nin Baş katibi Prezident İlham Əliyev zəng vurdu: